Asif Məmmədov küç. 30
Zəfəran Hospital

Zəng edin
+994 55 808 03 03

Bazar: Yalnız təcili hallarda
B.ertəsi - Şənbə: 09:00-17:00

Şahdamarın daralması

İşemik insult

Karotis arterial damarların tutulması


Karotis arterial damarı və ya şahdamar boyun hissəsində olur və beyini qan ilə qidalandıran ən vacib damardır. Şahdamarda daralma və ya tıxanma çox təhlükəlidir çünki həyati orqanlardan biri olan beyinə mənfi təsir edir. Beynin qanla qidalanması azalır və ya darlıq bölgəsindən beyinə tromb atılaraq insulta səbəb olur.

Xalq arasıda damar tutlması olaraq bilinsədə şahdamarda bizim üçün vacib olan damarın tutlması deyil damarın daralmasıdır. Çünki damar tam tutulduqdan sonra müalicəyə ehtiyac yoxdur və ya mümkün deyildir. Ancaq damar daraldığı zaman beyinə tromb gedə bilər və bu böyük fəsadlarla nəticələnir.

Boyun damarlarından beyinə tromb getməsi insult ilə nəticələnir. Ancaq insultdan əvvəl daralmağa bağlı diqqətçəkici şikayətlər ola bilər. Bunlar bədən və ya üzdə keyimə-iynələnmə hissi, qol və ayaqlarda gücsüzləşmə, danışığın pozulması, bulanıq görmə və ya gözə qara pərdə gəlməsi, kəskin huşun getməsi, ürək getmə, güclü baş gicəllənmə kimi şikayətlərdir. Bu şikayətlər qalıcı insuntun ilkin göstəriciləridir. Bu səbəblə şikayətlərinizlə deyilənlər arasında uyğunluq varsa mütləq nervpotoloqun müayinəsindən keçməlisiniz. Bu şəkildə ilkin müalicə alaraq insultun qarşısını almaq mümkündür.

Qısa məlumat

  • Boyunda yerləşən karotis arterial və ya şahdamarın darlığı zamanı beyinə tromb atıla bilər.
  • Kiçik daralmalar böyük fəsadlar yaratmaz. Ancaq daralma 50%-i keçdiyi zaman beyinə tromb atma riski ciddi olaraq artır. 
  • Xəstələrin bir çoxunda tromb beyinə düşdükdə artıq iflic keçirir. 
  • Vacib olan tromb beyinə düşmədən diaqnozun qoyulması və müalicə edilərək trombun beyinə atmasının qarşısını almaqdır. 
  • Diaqnozun qoyulması üçün rəngli doppler müayənəsi yetərlidir. Ehtiyac olarsa MRT və ya KT ilə dəqiq diaqnoz qoyulur və darlığın dərəcəsi ölçülür. 
  • Angio və ya əməliyyat ilə müalicə yalnız 50%-in üzərində tutulmalar üçün nəzərdə tutulur .  
  • Şahdamar 100% li tutularsa, damar  yolu bağlı olduğu üçün artıq beyinə tromb atma ehtimalı çox azdır və müalicəyə ehtiyac olmur. Yəni tam tutulmuş damarın açmaq lazım deyildir.
  • Beyni qidanladıran 4 damar var. Damarladan biri tam tutulmuş olsada, digər damarlar açıq olduğu müddətcə beyin üçün heç bir təhlükə yoxdur.
  • Şahdamarın daralmasında iki müalicə üsulu vardır:
  • Agioqrafiyada stent yerləşdirilərək damarın bizlər yəni Uzman İnvaziv Radioloqlar tərəfindən açılması.
  • Əməliyyat ilə darlığının təmizlənməsi -uzman Ürək və Damar cərrahları tərəfindən açılması.
  • Hər iki üsul müvəffəqiyyətlidir.
İşemik insult

Şahdamar darlığı və ya tıxanıqlığı necə yaranır?

Şahdamar darlığı (karotis arterial damarı) damar sərtliyindən və ya damar kirəclənməsindən yaranır.

Şahdamar daralması və tutulması kimlərdə olur?

Şahdamar tutulması 50 yaşından yuxarı hər kəsdə görülə bilər. Damar sətliyinə bağlı yarandığınnan  damar sərtliyi yaranma riski böyük olan pasientlərdə (yaşı çox olan, şəkər xəstəliyi olan, yüksək təziqi olan və siqaret çəkən) daha çox təsadüf olunur.

Şahdamar daralması səbəbiylə beyinə tromb atılarsa hansı şikayətlər yaranar?

  • Gözlərdə qısamüddətli qaralma. Qaralma bir  gözdə təsadüf olunur və bu göstəriciyə görə xəstəliyin ilkin mərhələsində qoymaq mümkündür.
  • Üzdə və ya qolda keyimə və ya gücsüzlük hissi.
  • Qol və ayaqlarda gücsüzlük, keyimə və iynələnmə hissi.
  • Qol və ayaqlarda insult.
  • Danışığın pozulması, danışılanı eşitməmə və başa düşməmə.
  • Beyinə tromb atılmamışdan əvvəl keçməyən baş gicəllənməsi.

Xəstələrin bir çoxunda boyun damar darlığı bu şikayətlərdən sonra aşkar edilir və müalicə olunur.

Əsas olan bu darlığın insult və bu kimi ağır fəsadlar yaratmadan diaqnoz qoyulması müalicə edilməsidir.

Xəstəliyə necə diaqnoz qoyuruq?

Kliniki olaraq yuxarıda göstərilən şikayətlər olarsa, diaqnoz qoymaq üçün görüntüləmə üsullarından istifadə olunur. İlkin müayinə boyun nahiyəsinin rəngli Doppler ultrasonaqrafiya ilə edilir. Bu üsulla xəstələrin əksəriyyətinə diaqnoz qoyulur. Bunnan əlavə Doppler müayinə ilə dəqiq diaqnoz qoymaq mümkün olmadıqda MRT və ya KT angioqrafiyası ilə də diaqnoz qoyula bilər. Əvvəllər angioqrafiyadan diaqnoz qoymaq üçün istifadə olunsada, hal hazırda sadalanan üsullarla diaqnoz qoyulur və angioqrafiyadan müalicə edərkən və ya stent qoymaq üçün istifadə olunur.

Şahdamar tutulmasında stent və ya əməliyyatı nə zaman etmək lazımdır?

Şahdamarda daralma 50%-dən çoxdursa və şikayətlərə səbəb olursa damarın açılması vacibdir. Müalicə darlığın əməliyyatla və ya stent yerləşdirilərək açılmasıdır.

Bəzi hallarda sadəcə dərman müalicəsi ilə problemi həll etmək olur.

Damar darlığının müalicəsində həm əməliyyat həm də stent yerləşdirilməsi bənzər üsullardır. Hazırda hər iki üsuldan istifadə olunur. Hər iki üsul müvəffəqiyyətlidir.

Burada invaziv radiologiyanın etdiyi stent müalicəsinə yer verilmişdir.

İşemik insult

Şahdamardakı tutulmaya stentin yerləşdirilməsi

Damar tutulmalarında istifadə olunan stent metaldan hazırlanmış qəfəs şəklindədir. Stentlərlə əlaqəli daha ətraflı məlumatı Web səhifəmizin angioqrafiya ilə müalicə bölməsindən əldə edə bilərsiniz. Şahdamara yerləşdirilən stentlər digər stentlərdən çox az fərqlənir. Angioqrafiya olunaraq damar darlığı görüntülənir, həmin nahiyəyə stent yerləşdirilir və balon edilərək həmin stent genişləndirilir. Şahdamara stent yerləşdirilən zaman darlığın üstünə özəl filtr qoyulur ki, beyinə tromb atma riskinin qarşısı alınsın. Bu filrt stent yerləşdirilməsi başa çatdıqdan sonra çıxarılır.

Proses əsnasında və sonrası yarana biləcək təhlükələr

İşemik insult

Şahdamar tutulmasına stent yerləşdirilərək açılması effektli üsullardan biridir. Proses zamanı ağrı hiss edilmir. Hər müalicədə olduğu kimi bu müalicə üsulunda bəzi risklər var.

En vacib risk daralmanı stent ilə açarkən darlıq olan bölgədən beyinə tromb atılmasıdır. Bu xəstələri 3% - 6%-ində təsadüf edilir. Çox az təsadüf olunsada ən vacib riskdir.

Müalicə haqqında daha ətraflı məlumatı Web səhifəmizin angioqrafiya ilə stent müalicəsi bölməsindən əldə edə bilərsiniz.

Həkimə sualınız var?
+994 55 808 03 03 nömrəsinə zəng edin!

Və ya e-Randevu elektron forması vasitəsilə Pulsuz konsultasiyaya yazılın!