Asif Məmmədov küç. 30
Zəfəran Hospital

Zəng edin
+994 55 808 03 03

Bazar: Yalnız təcili hallarda
B.ertəsi - Şənbə: 09:00-17:00

Sual-Cavab

Sual №1

Ayşən Şirinova 5 İyun 2019

Həkim Salam, Mənim 38 yaşım var, ayaqlarım hər gün axşam şişir səhərə kimi ağrıdan yata bilmirəm, deyirlər ayağında tromb var, mən nə etməliyəm və şişməsin deyə bir çox həkimlərdə oldum dərmanlar yazdılar amma xeyrin görmədim, mənə nə məsləhət görərdiz?


Salam, Ayşən xanım, öncəliklə Allah şəfa versin. Ayaqda damarlarda tromb varsa, bu təcili şəkildə müalicə olunmalıdır. Çünki, bu durum həyatınız üçün təhlükəlidir. İnvaziv üsulla bu trombu aradan qaldırmaq mümkündür, əməliyyat pasient üçün daha az ağrılı və daha az risklidir. İnvaziv əməliyyat sonra siz normal həyat tərzinizə daha tez qayıdacaqsınız.



Sual №3

Xalidə Səfərova 22 May 2019

Həkim, mənim yoldaşımda qida borusu xərçəngi diaqnozu qoyulub. Nə yeyirsə qusur, çox əziyyət çəkir həkim, bizə bir yol göstərin.


Salam, Xalidə xanım, öncəliklə Allah şəfa versin. Qida borusu tıxanmaları zamanı, xəstənin qidalanmasını rahatlaşdırmaq üçün invaziv yolla, cərrahi kəsik etmədən, pasientin qida borusuna stent taxılır. Beləliklə də pasient daha rahat yemək yeyə bilir.



Sual №5

Könül Abdullayeva 15 Aprel 2019

Salam doktor, mənim bir qızım var 5 yaşında, ikinci hamiləliyi düşünürəm, amma hamilə qala bilmirəm, ginekologa getdim dedi ki, miomam var. Əməliyyatdan qorxuram, embolizasiya haqqında eşitdim, sizcə miomanı embolizasiya ilə etdirsəm, yenidən hamilə qala bilərəm?


Salam Könül xanım, öncəliklə Allah şəfa versin. Sizin uşaqlıqda olan miomanın ölçüsündən ə yerləşməsindən asılı olaraq, embolizasiya ilə müalicəyə uyğun olub olmadığı müəyyən etmək lazımdır. Əgər miomanın yerləşməsi uyğundursa və ölçüsü 10 sm-dən böyük deyilsə o zaman uşaqlıq miomasının embolizasiyası sizin üçün ən yaxşı müalicə metodudur, deyə bilərik. Qeyd edəkki, bugün artıq bütün dünyada uşaqlıq miomasının embolizasiyası qadınlar üçün ən az riskli və ən az travmatik müalicə üsulu sayılır. Hətta hamiləlik planlaşdıran və ya hamilə qalmaq funksiyasını bərpa edən xanımlar üçün bu digər müalicərlə (cərrahiyyə, hormon müalicəsi) müqayisədə daha məqsədə uyğundur.


Sual №2

Şirin Xıdırov 26 May 2019

Salam, İlyas doktor, Mən 13 ilə yaxındırki, şəkər xəstəsiyəm, 64 yaşım var, ayaq barmaqlarımdan birində artıq uzun müddətdirki, sağalmayan yara var, həkim deyir, barmaq kəsilməlidir, qorxuram düzü, qərar verə bilmirəm, yəni bunun başqa yolla müalicəsi yoxdur?


Salam, Şahin bəy, öncəliklə Allah şəfa versin. Bəli invaziv üsulla aşağı ətraflardakı (ayaq) periferik damarların müalicəsi mümkündür. Bu müalicə zamanı, orqan kəsilmir, cərrahi əməliyyat aparılmır. Amma öncə ultrasəs doppler müayinəsi olunmanız məsləhət görülür



Sual №4

Şirin Xıdırov 26 Aprel 2019

Həkim, Salam, mənim 56 yaşım var. Axır bir ili güclü baş ağrılarım olurdu. Getdim nevrapotoloqa, mənə 3 aylıq kurs dərman yazdı, içdim, ağrım biraz keçdi, sonra təzdən tutdu məni. Mən nə edim?


Samir bəy, salam, öncə Allah şəfa versin, sizin baş ağrılarınızı müalicə etmək üçün , ilk öncə bu ağrıların səbəbini araşdırmaq lazımdır, bunun üçün bir sıra diaqnostik müayinələrdən (ultrasəs doppler, MRT, KT , Angio) keçmənizə ehtiyac ola bilər. Çünki baş ağrıları müxtəlif səbəblərdən qaynaqlana bilər, fərqli xəstəliklərin əlaməti kimi ortaya çıxa bilər. Amma müayinə etmədən bu səbəbin nə olduğunu öyrənə bilmərik.



Sual №6

Vüsalə Rəşidova 2 Aprel 2019

Salam, İlyas doktor, UZİ müayinəsi zamanı məndə miomalar aşkarlandı. Ölçüləri 21x30mm və 22x17mm. Bunun təhlükəsi varmı?


Salam Rəşidə xanım. Öncəliklə Allah şəfa versin. Əgər qanaxma və ya digər narahatlıq yoxdursa mütəmadi olaraq ginekoloq müayinəsində keçin. Miomaların ölçülərini nəzarətdə saxlayın. Böyümə olduqda Uşaqlıq arteriyalarının embolizasıyası müalicə metodu məsləhət görülə bilər.


Həkimə sualınız var?
+994 55 808 03 03 nömrəsinə zəng edin!

Və ya e-Randevu elektron forması vasitəsilə Pulsuz konsultasiyaya yazılın!