Asif Məmmədov küç. 30
Zəfəran Hospital

Zəng edin
+994 55 808 03 03

Bazar: Yalnız təcili hallarda
B.ertəsi - Şənbə: 09:00-17:00

Böyrәk arteriyasının daralması

İşemik insult

Böyrәk arteriyasının daralması


Böyrəkdə damar tutulması və ya böyrəkdə damar daralması necə xəstəlikdir?

Xalq arasında böyrək damar tıxanıqlığı kimi bilinsə də böyrək damarlarında tez-tez gördüyümüz və müalicə etdiyimiz xəstəlik böyrək damar daralmasıdır.

Böyrək damarlarında daralma və ya tutulma bir çox arterial damar xəstəliklərində olduğu kimi damar sərtliyinə və ya damar kirəclənməsinə bağlıdır. Bəzi hallarda böyrək arterial damarlarında daralma və tutulmanı müalicə etməyə ehtiyac olmur. Bəzi hallarda isə əməliyyat ilə müalicə olunur.

Böyrək damar darlığı və ya tutulması əsasən damar sərtliyinə və ya damar kirəclənməsinə bağlı olaraq yaranır. Gənc yaşlarda (20-30 yaş) fibromoskulyar displazi deyilən xəstəliyə bağlı olaraq da yarana bilər. Bundan başqa bəzi digər xəstəliklərdə xəstələyin yaranma səbəbi ola bilir.

Böyrəkdə damar darlığı nədən yaranır?

Böyrək damar darlığı və tutulmasının yaranmasının ən əsas səbəbi damar sərtliyi və ya damar kirəclənməsidir. Ancaq az təsadüf olunsada fibromoskulyar displazi kimi xəstəliklərda səbəb ola bilir.

Kimlərdə görülür?

Hər kəsdə görülə bilər ancaq damar sərtliyi riski olan insanlarda (yuxarı yaşlı, şəkər xəstəliyi olan, yüksək təzyiq, siqaret çəkən insanlarda) çox görülür.

Böyrək damar darlığının göstəriciləri nələrdir?

Böyrəkdə damar darlığı heç bir şikayət yaratmaya bilər. Əgər xəstədə şikayət olursa ən əsas şikayət yüksək təzyiq olacaqdır. Ancaq yüksək təyziqi olan bir çox insanlarda böyrəkdə damar darlığı yoxdur və təzyiqi hər yüksək olan insanda böyrəkdə damar darlığı olacaq deyə bir şərt yoxdur.

Bu xəstələrdə böyrək damar darlığı araşdrılması və müalicəsi ciddi darlıq olduğu zaman edilməlidir.

  • Yüksək təzyiq gənc yaşda müşahidə olunursa (40 yaşdan kiçik insanlarda)
  • Yüksək təzyiq son zamanlarda sürətlə pisləşirsə
  • Yüksək təzyiq 3 dərmanla normala qayıtmırsa
  • Təzyiqin böyük göstəricisi 200mmHG-I keçirsə
  • Yüksək təzyiq böyrək funksiyalarına mənfi təsir edirsə
İşemik insult

Böyrəklər, böyrək damarların və sol tərəfdə böyrək damarında daralma 3D KT görüntüsü.

Böyrəkdə damar darlığı və ya tutulması müayinəsi yuxarıda qeyd olunmuş şikayətlər olduğu zaman edilir. Diaqnozu qoymaq üçün radioloji görüntüləmə üsullarından istifadə olunur. İlk olaraq rəngli Doppler ultrasonoqrafiya əlavə olaraq MRT və ya KT ilə angioqrafiyadan istifadə olunur. Əvvəllər diaqnozu qoymaq üçün angioqrafiyadan istifadə olunsa da hal-hazırda angioqrafioyadan diaqnoz qoyulduqdan sonra müalicə məqsədilə istifadə olunur.

Böyrək damarlarında müdaxiləyə ehtiyac olan darlıq necə müalicə edilir? 

Hər böyrəkdə damar darlığını müalicə etməyə ehtiyac yoxdur. Müalicə bir çox faktorları nəzərə alınaraq edilir.

Əgər müalicə qərarı verilmişsə, müalicədə əməliyyat və ya angioqrafiya (balon və ya stent ilə açma) üsullarından biri istifadə olunur.

Böyrək damar darlığında istifadə olunan angio müalicəsi damara balon və ya stent yerləşdirilməsidir. Bu müalicə bədənin digər nahiyələrinə olunan stent və balon müalicələri ilə eynidir. Bu səbəblə daha ətraflı məlumat üçün angioqrafiya ilə damar darlığı və tutulmalarının müalicəsi bölməsindən istifadə edə bilərsiniz.

Həkimə sualınız var?
+994 55 808 03 03 nömrəsinə zəng edin!

Və ya e-Randevu elektron forması vasitəsilə Pulsuz konsultasiyaya yazılın!