Asif Məmmədov küç. 30
Zəfəran Hospital

Zəng edin
+994 55 808 03 03

Bazar: Yalnız təcili hallarda
B.ertəsi - Şənbə: 09:00-17:00

Haqqımda

İLYAS HƏSƏNOV
İnvaziv Radioloq, PhD. MD.

Ilyas Həsənov

Dr. İlyas Həsənov, Azərbaycanın ilk invaziv radioloqudur. Bir çox invaziv radioloji əməliyyatlar, yerli mütəxəssis olaraq Azərbaycanda ilk dəfə məhz İlyas Həsənovun komandası tərəfindən yerinə yetirilib. Bu əməliyyatlardan - Anevrizmaların Coil Embolizasiyası, Qaraciyər şişlərinin kimyəvi embolizasiyası, Uşaqlıq Miomalarının Embolizasiyası (UAE), Qanayan şişlərdə (sidik kisəsi, qaraciyər, uşaqlıq) mexaniki embolizasiya və sairə. Artıq 8000 dən çox invaziv radioloji əməliyyatı uğurla icra etmişdir. CIRSE (Cardiovascular and Interventional Radiological Society of Europe) 2007-ci ildən Azərbaycandan ilk və yeganə tam üzvüdür.

Həsənov İlyas Şahsuvar oğlu 8 mart 1982-ci ildə Bakı şəhərində anadan olub. 1988-1998-ci illərdə Bakı şəhəri 249 saylı orta məktəbi bitirdikdən sonra, həmin ili Azərbaycan Tibb Universitetinin 1-ci müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2004-cü ildə həmin fakültənin cərrahiyyə bölümünü bitirib. 2004-2006-cı illərdə Rusiya Federasiyası Sankt-Peterburq şəhərində yerləşən Mərkəzi Rentgen-Radiologiya İnstitutunda radiologiya üzrə, 2006-2008-ci illərdə isə rentgen-cərrahiyyə üzrə ordinaturaları bitirmişdir. 2008-2009-cu illərdə Hamburq (Almaniya) şəhərində Asklepios Klinik Altonada İnvaziv Radiologiya, xüsusən İnvaziv Neyro-radiologiya üzrə ixtisas artırmada olmuşdur.

Bu müddət ərzində Beyin damarlarında olan patologiyaların-anevrizma, arterio-venoz-malformasiya, arterio-venoz-fistul, damar daralmaları, damar tıxanmalarının invaziv yolla müalicəsi üzrə ixtisaslaşmışdır. 2009-2010-cu illərdə İstanbul şəhərində yerləşən Başkent Universitetinin xəstəxanasında, Medikal Park xəstəxanalarında invaziv radiologiya üzrə uzun müddətli kurslar keçmişdir. 2010-cu ildə İtaliyanın Ferrara şəhərində yerləşən Damar xəstəliklər Mərkəzində Professor Paola Zamboninin yanında venoz damarlarda invaziv müdaxilələr üzrə kurs keçmişdir. Qeyd edək ki, məhz Paola Zamboni çox geniş yayılmış və müalicəsi hələdə tam bəlli olmayan Dağınıq Skleroz xəstəliyində yeni müalicə sayılan CCSVI zamanı venoz damarların Balon Angioplastikası və stent implantasiyası əməliyyatlarını dünyada ilk tətbiq edən həkimdir.

2010-cu il Noyabr ayının 24-də Sankt-Peterburq şəhərində Qaraciyərin metastatik şişlərinin invaziv metodlarla müalicəsi mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və tibb elmləri üzrə fəlsəfə doktoru adını qazanmışdır. Bir çox elmi məqalələri yerli və xarici jurnallarda dərc olunmuşdur.

Azərbaycanın ilk İnvaziv Radioloqu Dr. İlyas Həsənov peşə fəaliyyətinə 2009-2012-ci illərdə Mərkəzi Gömrük Hospitalında İnvaziv radioloq olaraq başlamışdır. 2009-2013-cü illər ərzində Avrasiya klinikasında Baş menecer və İdarə heyətinin üzvü olmuşdur.

2013-2015 illər Medistyle Hospitalın baş həkimi vəzifəsində çalışmışdır. 2015-2016 illərdə Avrasiya Hospitalın baş həkimi vəzifəsində fəaliyyət göstərmişdir. 2016-2018 illər ərzində Gəncə Beynəlxalq Xəstəxanasında direktor vəzifəsində çalışmışdır. Növbəti illərdə (2018-2019) “Synergy Group” MMC-də direktor vəzifəsində çalışmışdır.

2019-2020 illər Medistyle Hospitalın baş həkimi, 2020-2021 illər FHN Modul Tipli Hospitalda baş həkim müavini olmuşdur. 2021-2022 illər Medistyle Hospitalda direktor vəzifəsində çalışmışdır.

Hazırda fəaliyyətini Olimp Hospitalda İnvaziv Radioloq olaraq davam etdirir.

İlyas Həsənov ailəlidir, iki övladı var. İxtisasına sadiq bir həkim olduğu üçün istirahətinə sərf edə biləcəyi vaxtı çox az qalır, İlyas Həsənov bu vaxtını ailəsi ilə bərabər keçirməyə və hobbilərindən sayılan xizək sürmə, ovla məşğul olmağa üstünlük verir. İngilis, Rus və Türk dillərinə hakimdir.

Müalicə edilən xəstəliklər

Dr. İlyas Həsənov tərəfindən minimal müdaxilə ilə
cərrahiyə kəsiyi olmadan müalicə edilən xəstəliklər.

Həkimə sualınız var?
+994 55 808 03 03 nömrəsinə zəng edin!

Və ya e-Randevu elektron forması vasitəsilə Pulsuz konsultasiyaya yazılın!