Asif Məmmədov küç. 30
Zəfəran Hospital

Zəng edin
+994 55 808 03 03

Bazar: Yalnız təcili hallarda
B.ertəsi - Şənbə: 09:00-17:00

Diabetik ayaq

Diabetik ayaq

Diabetik ayaq


Diabetik ayaq, diabet yəni şəkər xəstələrində ayaq, barmaq və ya topuqlarda yaranan yaralara verilən addır.

Diabetik ayağa diqqət etmək lazımdır çünki diabet xəstələrində ayaq yarası yaranarsa bu adi yara hesab olunmamalıdır və bu inkişaf etmiş şəkər xəstələyinin göstəricisidir.

Diabetik ayaq yarası son illərdə (5-10 ildən bəri) diabeti olan şəkər xəstələrində rast gəlinir və şəkər xəstəliyinin ilkin mərhələlərində çox az təsadüf olunur.

Şəkər xəstəliyi irəlilədikcə yaraların yaranma riski də artır. Hər 5 şəkər xəstəsindən birində ömür boyu bu yaraların yaranma riski var.

Bu yaralar 2 səbəbə görə yarana bilər.

  • Ayaqdakı sinir hüceyrələrinin zədələnməsi (periferik nöropati)
  • Ayaq arterial damarlarının tutulması

Bəzi xəstələrdə damar tutulması vardır. Bəzi xəstələrdə isə həm sinir hüceyrələrinin zədələnməsi, həm də damar tutulması ayaq yaralarının yaranmasına səbəb ola bilər.

Ayağında yara əmələ gələn şəkər xəstəsinin ayaq damarlarının müayinəsi mütləqdir. Çünki damar tutulması varsa, bu damarları açmadan yaraların sağalması mümkün deyildir.

Yanlış bilinən məlumatlardan da biri şəkər xəstələrindəki damar tutulmasının müalicəsinin olmamasıdır.

İndiki dövrdə həm şəkər xəstələrində həm də şəkəri olmayan xəstələrdə damar tutulması yarana bilər və bunun nəticəsində ayaq yarası əmələ gələrsə angioqrafiya üsulu ilə damarların açılması yaranın sağalması üçün vacibdir.

Şəkər xəstələrində sağalmayan ayaq yaralarına bağlı ayaq amputasiyaları (ayaq kəsilməsi) tez-tez rast gəlinir. Diabetik xəstələrdə ayaq amputasiya riski diabeti olmayan xəstələrə nəzərən daha çoxdur. Ayaq amputasiyası sadəcə ayağın kəsilməyi deyildir. Ayaq amputasiyası olan şəkərli xəstələrin ömrü normal insanlara görə daha qısadır. Bu, geniş damar xəstəliyinin olması ilə əlaqədardır.

Bu səbəblə ayağı qorumaq həyatı qorumaq üçün də vacibdir.

Diabet xəstələrində arterial damarların tutulması normal insanlara nəzər 4-5 dəfə daha çoxdur. Damar tutulması zamanı yaranan yaranın qidalanması pozulur və yaranın sağalması çətinləşir.

Diabetik ayaq yarasına necə diaqnoz qoyulur?

Uzun müddət şəkər xəstəliyi olan birinin ayaq barmaqlarında yara əmələ gəlməsi diabetik ayaq yarası diaqnozu qoydurur.

Diabetik ayaq yarası olan insanların yarısında damar tutulması olacağı üçün xəstələrin bu diaqnozdan dəyərləndirilməsi çox vacibdir.

Damar tutulmasını anlamaq üçün həkim müayinəsindən sonra rəngli Doppler ultrasonaqrafiyası, lazım gələrsə kompüter tomoqrafiya və ya angioqrafiya edilə bilər.

Diabetik ayaq yarası necə müalicə edilir?

Diabetik ayaq yarası olan xəstələrin yarısında ayaq damarlarında tıxanma vardır.

Hər diabetik ayaq yarasını mümkünsə infeksion xəstəlikləri, plastik cərrah, ortoped, damar cərrahı, radioloqlardan ibarət bir qrup tərəfindən dəyərləndirilməsi çox vacibdir.

Diabetik ayaq

Diabetik ayaq yarasında damar tıxanmasına müdaxilə edilməsə belə gigiyenik yara baxımı və infeksiyalardan qorumaq çox vacibdir.

Diabetik ayaq yarası damar tıxanmasından yaranmayıbsa radioloji sahəyə aid deyildir. Digər sahələrə müraciət etmək lazımdır

Diabetik xəstələrdə damar tutulması daha çox dizaltındakı kiçik (1-3mm) damarlarda olur. Əlavə olaraq qılcal damarlarda da tıxanmalar ola bilər.

Keçmişdə kiçik damarların angioqrafik üsulla açılması çox çətin idi. Ancaq son 15 ildə bu damarları aça biləcək incə tel balonların istehsal olunması bu damarlara müdaxilə etmə şansımızı artırmışdır.

Ayaq damarlarında tutulma angioqrafik yolla açılırsa ayaqdakı yaranın sağalmağı sürətlənir və ayaq kəsilməsinin qarşısı alınır. Çünki damarın açılması ayağa daha çox qan getməsinə yəni ayağa kifayət qədər qida və oksigen getməsinə səbəb olur. Beləliklə yara daha sürətli sağalır.

Diabetik ayaq yarası olan xəstələrin damar tutulması necə açılır?

Çox təəssüf ki damar tıxanmasını açan hər hansı bir dərman yoxdur. Ayaq damarlarındakı tutulma əməliyyat və angioqrafik üsulla müalicə edilir.

Dərmanlar və digər bu kimi müalicələr ayaq damarlarını açmır ancaq kömək məqsədilə edilir.

Ayaq damar tutulması olan xəstəyə angioqrafiya edilir. Bu xəstələrdə əsasən qasıq və diz altındakı kiçik damarlarda tutulmalar olur.

Bu damarlara əsasən balon və dərmanlı balon müalicəsi edilir. Ehtiyac olarsa stent qoyulur.

Müalicədə damar açılarsa ayaqda isinmə hiss olunur. Bundan sonra ayaq yaralarının sağalmağı sürətlənir.

Müalicədə əsas məqsəd yaranın tez sağalaraq həyati keyfiyyətlərinin düzəlməsi, ayağın kəsilməsinin qarşısı alınması və həyatın qorunmasıdır.

Diabetik ayaq bunları bilməniz faydalıdır

  • Diabetik ayaq şəkər xəstələrində yaranan və uzun müddət sağalmayan yaralardır.
  • Bu yaralar ayaq sinir uclarının zədələnməsindən və ya ayaq damarlarının tutulmasından yarana bilər.
  • Diabetik ayaq yarası olan xəstələrdə ayaq damarlarında tutulma olmağını yoxlamaq vacibdir. Rəngli doppler müayinə bunun üçün uyğundur.
  • Əgər damar tutulması varsa bu tutulmalar aradan qaldırılmadan yaranın sağalması mümkünsüzdür. Bu damarların açılması yaranın sağalmağına kömək edəcək və yaraların səbəb olacağı ayağın kəsilmə riskini (amputasiya) azaldacaqdır.
  • Diabetik ayaq yaralarında ən əsas problem bu xəstələrdə damar tutulması ola biləcəyinin düşünülməməsi və damarların müayinə olunmamasıdır.

Həkimə sualınız var?
+994 55 808 03 03 nömrəsinə zəng edin!

Və ya e-Randevu elektron forması vasitəsilə Pulsuz konsultasiyaya yazılın!