Asif Məmmədov küç. 30
Zəfəran Hospital

Zəng edin
+994 55 808 03 03

Bazar: Yalnız təcili hallarda
B.ertəsi - Şənbə: 09:00-17:00

Xroniki çanaq ağrısı sindromu

İşemik insult

Xroniki çanaq ağrısı sindromu


Xroniki çanaq ağrısı sindromu əsasən 20-45 yaş arası birdən çox hamiləlik keçirmiş qadınlarda təsadüf edilir. Yumurtalıq (over) damarlarında qapaq çatışmazlığına bağlı vaqinal bölgədə venaların genişləməsidir. Yəni bu damarlar varisilləşir (varisləşmə - vena damarlarının genişləməsi deməkdir). Bu varislər yanma və göynəmələrə səbəb olur. Göynəmələrin artması xəstəliyin irəliləməsinin göstəricisidir.

Xroniki çanaq ağrısı sindromu necə yanmalara səbəb olur?

Ən ciddi yanma qarın altı nahiyəsində olur. Buna səbəb xroniki çanaq ağrısı da deyilir. Yəni uzun müddətli (6 aydan çox) qarın altında olan ağrıdır. Qadınların 30%-i müəyyən vaxtlarında daimi qarın ağrıları olur. Lakin hər qarın ağrısı bu xəstəliyin əlaməti olmadığı kimi hər  çanaq ağrısı sindromunda qarın ağrısı olmaya bilər. Xəstəlik ağrıdan başqa qarnın alt hissəsində şişmə və ağırlıq şikayətləri yaradır.

Ağrı hissi ən çox rast gəlinən şikayətdir. Ağrı kəskin deyildir və müəyyən bir aralıqla olmur. Əsasən aybaşıdan qabaq, son günü və uzun müddət ayaq üstündə olduqda və ya yorulduqdan sonra ağrımağa başlayır. Ağrı cinsi əlaqə zamanı və ya sonra ola bilər. Bəzən ağrının dərəcəsi xəstənin davranışlarına və sosial əlaqələrinə təsir edir. Ağrılar hamiləliyin irəliləyən zamanlarında da təsadüf edilə bilir.

Xroniki çanaq ağrısı sindromu qorxuludurmu?

Bu xəstəlik çox təhlükəli xəstəlik deyildir. Hər xəstənin müalicə alması mütləq deyildir. Ancaq qadınlarda çanaq ağrısı tez-tez təsadüf olunan ağrıdır və çanaq ağrısı sindromu bunun çox az bilinən səbəbidir. çanaq ağrısı sindromunun səbəb olduğu yanmalar insanların həyati göstəricilərinə mənfi təsir edə bilir. Bu cür şikayətlər olduğu halda xəstəlik müalicə edilməlidir.

Xəstəliyin göstəriciləri nələrdir?

Digər göstəricilər ağrı kimi uzun müddət ayaqda qaldığı zaman və ya cinsi əlaqə sonrası daha kəskin hala gələ bilir.

  • Vaqina ətrafi şişlik
  • Vaqina ətrafı hissədə, baldır, qasıq və ayaqlarda varislər
  • Adət pozulmaları
  • Qarnın alt hissəsində toxunulduğu zaman ağrı
  • Ağrılı aybaşı
  • Vaqinal axıntı
  • Depressiyaya düşmə

Necə diaqnoz qoyulur?

Xəstəliyə diaqnoz qoymaz əslində çox asandır, lakin bu xəstəlikdən xəstənin şübhələnməyi çox çətindir.

Transvaqinal ultrasonaqrafiya ilə vaqina ətrafında çox sayda varislər görülərsə mütləq müayinə olmaq lazımdır. Kompüter tomoqrafiya və ya venoqrafiya ilə yumurtalıq damarlarının genişlənməsini görüntüləmək və diaqnoz qoymaq mümkündür. Ancaq vaqina ətrafında varisləşmənin olmağı müalicə almaq üçün tezdir. Bu varislərin xəstədə yuxarıda qeyd olunan göstəricilərin olması lazımdır. Çünki, vaqinal ətrafı bölgədə varislər birdən çox doğuş etmiş bir çox qadında təsadüf edilir.

Müalicə nədir və necə edilir?

Əgər yumurtalıq damarlarında (over) genişlənmə və buna bağlı vaqina bölgəsində varislər varsa, xəstədə yanma və göynəmə şikayətləri olursa müalicə etmək lazımdır.

Əsas müalicə qapaq çatışmazlığı olan bu damarın bağlanması və varislərin müalicə olunmasıdır. Bu üsulla xəstənin şikayətləridə azalacaqdır. Bu damar əməliyyat ilə də bağlana bilər. Ancaq hal-hazırda sadə angioqrafiya üsulu ilə edilən embolizasiya (bağlama) müalicəsi çox effekli və üstünlük verilən üsullardandır. Angioqrafiya vena damarlarına edildiyi üçün arterial damar angioqrafiyasından daha asandır.

Angioqrafiya ilə qasıq nahiyəsindəki vena damarlardan birinə giriş edilir (normal angioqrafiyada arteriya damarına giriş edilir). Bəzi hallarda qasıqdan deyil boyun nahiyyəsi vena damarlarından da giriş edilə bilir. Yumurtalıq damarları görüntülənir və xəstəyə qoyulmuş diaqnoz dəqiqləşdirilir. Daha sonra yumurtalıq damarının içinə 1 mm qalınlığında plastik boru yəni angio katetiri ilə giriş edilir və embolizasiya olunur.

Müdaxilədən sonra bir-iki gün qarnın alt hissəsində ağrı hissi ola bilir. Ağrı ağrıkəsici dərmanlarla dayandırılır.

Müalicədən sonra xəstənin xəstəxanada yatması mütləq deyildir. Xəstələr həmin günü evə yazılırlar.

Həkimə sualınız var?
+994 55 808 03 03 nömrəsinə zəng edin!

Və ya e-Randevu elektron forması vasitəsilə Pulsuz konsultasiyaya yazılın!