Asif Məmmədov küç. 30
Zəfəran Hospital

Zəng edin
+994 55 808 03 03

Bazar: Yalnız təcili hallarda
B.ertəsi - Şənbə: 09:00-17:00

Qaraciyər xərçəngi

İşemik insult

Qaraciyər xərçəngi


Qaraciyər toxumasının xərçəngi olan hematoma qaraciyərin ən çox görülən xərçəngidir. Bu xəstələrdə əsasən xroniki qaraciyər xəstəliyi yəni sirroz vardır. Sirroz isə əsasən hepatit B ya da C daşıyıcılığının nəticəsidir.

Qaraciyər eyni zamanda digər xərçənglərin ən çox yayılım (metastaz) etdiyi orqandır. Qalın bağırsaq xərçəngi başda olmaqla bir çox xərçəng əsasən qaraciyərə yayılım edir. Kemoembolizasiya müalicəsi qaraciyərin həm özü həm də digər orqanlardan gələn yayılımlarında (metastazda) istifadə oluna bilən bir müalicə üsuludur.

TAKE və ya kemoembolizasiya nədir?

TAKE “Trans Arterial KemoEmbolizasiya” sözlərinin qısaldılmış formasıdır. Arterial damardan girilərək damar içindən həm hissəciklərin həm də dərmanın birlikdə verilməsidir. Yəni arterial damardan girilərək xərçəng toxumasına xərçəng dərmanı və dərmanın xərçəng toxumansında uzun müddət qalmasına kömək edən hissəciklərin yerləşdirilməsidir. TAKE və ya kemoembolizasiya angioqrafiyanin köməkliyi ilə edilir. Ən çox qaraciyər xərçəngində istifadə olunur. Bundan başqa bəzi xərçənglərin müalicəsində də istifadə olunmağa başlayıb. Gələcəkdə ümumi xərçəng xəstəliyinin müalicəsində əsaslı rol oynayacaq müalicəyə çevriləcəkdir.

Qısa məlumat

  • TAKE və ya kemoebolizasiya qaraciyərdə yerləşən xərçəngə edilən angio müalicəsidir.
  • Dünyada 25 ildən bəri edilən və kimyaterapiyadan daha effektli olan bir müalicə növüdür.
  • Kimyaterapiyaya heç bir mənfi təsiri yoxdur və eyni zamanda edilə bilər. Ancaq hər xəstəyə etmək mümkün deyil.
  • Qaraciyər damarına girilərək xərçəngin içərisinə xərçəng dərmanı və dərmanı daşıyan özəl hissəciklər yerləşdirilir.
  • Ən üstün cəhəti hissəciklər sayəsində verilən dərmanın qaraciyərdə daha çox qalması və xərçəngi daha uzun müddətli təsiri altında saxlamasıdır.
  • Angio ilə edildiyinə görə xəstəyə 1 günlük yatış verilir.
  • Müalicə çox sadə və rahatdır. Əməliyyat deyildir. Bıçaq izi olmur. Narkozdan istifadə olunmur və ağrısızdır.
  • Müdaxilədən sonra ilk 24 saatdan başlayaraq bir neçə gün qaraciyər bölgəsində ağrı, bulantı və qusma ola bilər. Bunların qarşısını dərmanlarla almaq mümkündür.
  • Müalicəyə ehtiyac olarsa, yenidən təkrarlana bilər. Əsasən ilk müalicədən 2-3 ay sonra təkrar müalicə edilir. Təkrar müalicə fərqli müddətlərdə də edilə bilər.
İşemik insult

TAKE-ın kimyaterapiyadan fərqi nədir?

Xərçəng xəstələrində istifadə olunan kimyaterapiya qol damarlarından verilir. Bu dərmanın çox kiçik bir hissəsi xərçəng toxumasına gedir və sonra qandan təmizlənir. Həmçinin dərman xərçəngə çatdığı miqdarda bədənin digər orqanlarına da ötürülür. Bu səbəblə qaraciyərə təsir etdiyi kimi digər orqanlara da təsir edir və istənilməyən mənfi reaksiyalara səbəb olur.

Kemoembolizasiya üsulunda isə dərman birbaşa qaraciyər toxumasına verilir. Xərçəng toxumasını daha çox, digər orqanlara isə daha az təsir edir. Bu səbəblə ən effektli və ən zərərsiz üsuldur.

TAKE və ya kemoembolizasiya üsulunda:

1. Dərman qaraciyər damarlarına girilərək birbaşa xərçəngin içərisinə ötürülür.

2. Sadəcə dərman verilmir. Xərçəngin içərisinə xüsusi hissəciklər də ötürülür. Dərman bu hissəciklərin içərisinə yerləşdirilmişdir. Hissəciklər damar içərisindən xərçəng toxumasına gedərək

2-3 gün orada qalır. Bu müddət ərzində hissəciklərə endirilmiş dərman yavaş-yavaş xərçəngin içərisinə ötürülür. Bu səbəblə kemoembolizasiyanın təsiri kimyaterapiyaya nəzərən daha çoxdur.

TAKE-in ən üstün cəhəti kimyaterapiyaya nəzərən daha effektli olması və xəstənin ömrünü uzatmasıdır (elmi olaraq sübut olunmuşdur). Mənfi təsiri azdır.

TAKE-in mənfi tərəfi isə angioqrafiya ilə edilməsidir. Bu səbəblə xəstə bir gün xəstəxanada qalmaq məcburiyyətindədir.

TAKE müalicəsi necə edilir?

  • Xəstə xəstəxanaya yerləşdirilir.
  • Müalicə ətraflı şəkildə izah olunur. 
  • Xəstə angioqrafiyaya alınır.
  • Angioqrafiya zamanı ağrı hiss etməməsi və prosedura aid həyəcan, narahatlıq keçirməsin deyə qol damarından ağrıkəsici və ya sakitləşdirici vurulur.
  • Angio qasıq nahiyəsində girilərək edilir (digər angio növləri kimi).
  • İncə plastik bir tüp (kateter) ilə qaraciyər arterial damarına girilir.
  • Qaraciyərin bütün damarları və xərçəngə gedən damarlar görüntülənir. 
  • Daha incə bir kateter vasitəsi ilə xərçəngi qidalandıran damara girilərək bura xüsusi hissəciklərə yerləşdirilmiş xərçəng dərmanı ötürülür. 
  • Hissəciklərlə birlikdə əlavə olaraq xərçəng əleyhinə dərmanda ötürülür.
  • Proses sonlandırılır. 
  • Xəstə 4-6 saat müddətində yataq rejimində istirahət edir. Daha sonra ayağa qalxa bilir
  • Hər angioqrafiyada xəstəyə müdaxilədən sonra 4-6 saat müddətində yatış verilir . TAKE və ya kemoembolizasiya müalicəsi bəzi xəstələrdə ağrı, bulantı və qusmaya səbəb ola bilir. Bu səbəblə bütün xəstələri angio edildikdən sonra evlərinə göşdərməyimizə baxmayaraq kemoembolizasiya edilən xəstələrə xəstəxanada bir gün yatış veririk. Bunun səbəbi müdaxilədən sonrakı ağrı, bulanma və qusmanın xəstəxanada dərmanlarla qarşısını daha asan ala bilməyimizdir. Xəstələrimiz 1 gün sonra evlərinə buraxılırlar.
İşemik insult

Kemoembolizasiya müalicəsi çətin və ağrılıdırmı?

TAKE müalicəsi yerli keyidici altında angio ilə edilən prosesdir. Bütün xəstələrimizə müdaxilədən əvvəl və sonra qol damarından ağrıkəsici və ya sakitləşdirici vurulur və heç bir ağrı hiss edilmir.

Prosedurdan sonra əsasən 24 saat davam edən qarnın sağ üst hissəsində (qaraciyər bölgəsində) yan ağrısı ola bilər. Ancaq xəstələrin böyük əksəriyyəti üçün bu proses çox yüngül və rahat keçir.

Kemoembolizasiya müalicəsi nə dərəcədə effektlidir?

TAKE əsasən xərçəngin ilkin mərhələlərində deyil, bir az irəliləmiş mərhələlərində istifadə olunan bir üsuldur. İlkin qaraciyər xərçəngində əsas müalicə xərçəngin əməliyyat ilə çıxarılması və ya radiofrekans/mikrodalğa kimi üsullardan istifadə edilərək sağaldılmasıdır.

Angio üsulu bəzi xəstələrdə xərçəngi tamamilə müalicə edir. Bəzi xəstələrdə isə xərçəngin kiçilməsinə səbəb olur. Angio müalicəsi xəstənin həyati keyfiyyətlərini yaxşılaşdırır və ömrünü uzadır.

Təkrar angio müalicəsinə (kemoembolizasiyaya) ehtiyac varmı?

İlk angio müdaxiləsindən sonrakı müddətdə əlavə müalicəyə ehtiyac olarsa seans təkrarlana bilər. Bunun üçün xərçəngin böyüklüyünə, yayılmasına və ilkin müalicəyə verdiyi cavaba baxırlar. Əsasən bir xəstəyə iki kemoembolizasiya müalicəsi edilir. Ancaq bir müalicə ilə kifayətləndiyimiz xəstələr olduğu kimi 3-4 müalicə proseduru təkrarladığımız xəstələrdə olur.

TAKE müalicəsindən əvvəl və sonra kimyaterapiya edilə bilər. TAKE sonrası qalan xərçəng toxuması varsa, əlavə müalicələrlə xərçəngi müalicə etmək mümkündür. Yəni kemoembolizasiya digər müalicələrə mənfi təsiri yoxdur.

Əgər xərçəng sadəcə qaraciyərdədirsə və çox yayılmamışsa, xərçəngi müşahidə altına almaq və tamamilə müalicə etmək mümkündür. Əsasən təkrar seanslar yeni yaranan xərçəng toxumaları üçün edilir.

Müalicənin mənfi təsirləri

Angio ilə kemoembolizasiya effektli və güvənilir bir üsuldur. Prosedurdan sonra 1 və ya 2 gün xəstələrdə yan ağrısı, bulantı və ya qusma ola bilər. Bəzi xəstələrdə immunitet və xərçəngin yayılmasına bağlı olaraq bu göstəricilər daha uzun davam edə bilər. Xəstə özündə yorğunluq hiss edə bilər. Prosedur bitdikdən sonra bu kimi göstəricilərin qarşısını dərmanlarla almaq mümkündür.

Xəstələrin bir çoxunda artıq ikinci gün sadalanan göstəricilərin heç biri olmur.

Kemoembolizasiya müalicəsindən sonra xəstəyə nəzarət. 

Prosedurdan 1 ay sonra qaraciyər müayinə edilir və qan analizinin nəticəsinə baxılır.

Prosedurdan sonrakı 1-2 ay ərzində xərçəngin müalicəyə necə cavab verməsini yoxlamaq üçün KT, MRT və ya USM müayinə ilə görüntüləmə edilir.

Bütün kontrol müayinələr xəstəni təqib edən onkoloq həkim ilə birlikdə məsləhətli olaraq icra edilir.

Həkimə sualınız var?
+994 55 808 03 03 nömrəsinə zəng edin!

Və ya e-Randevu elektron forması vasitəsilə Pulsuz konsultasiyaya yazılın!