Asif Məmmədov küç. 30
Zəfəran Hospital

Zəng edin
+994 55 808 03 03

Bazar: Yalnız təcili hallarda
B.ertəsi - Şənbə: 09:00-17:00

Varikoz

İşemik insult

Varikoz


Ayaqda vena və kapillyarların qabarması varikoz xəstəliyinin əlamətləridir. Bu xəstəlik tək estetik qüsur deyil, həm də 96 % xəstələrdə ayaqlarda  şişkinlik, ağırlıq və istilik hissi, qaşınma, uyuşma, qıcolmalar, ağrı şikayətləri ilə müşayiət olunur. Şikayətlər günün ikinci yarısından artmağa başlayır. Xəstəlik tədricən inkişaf edən xəstəlikdir. Vaxtında müalicə olunmadıqda venoz xoralar, tromboflebit, qanaxma riski yaranır. Venoz xora varikoz damarların trofiki pozğunluğu nəticəsində venanın zədələnməsidir. Tromboflebit varikoz damarın iltihablaşması olub, kəskin ağrı və ödemlə müşayət olunur. Tromboflebit olan damarda tromboz riski və buna bağlı letal nəticə baş verə bilər.

Risk qrupuna kimlər daxildir?

Bu xəstəliyin yaranmasında genetika böyük rol oynayır. Həmçinin az hərəkətli həyat tərzi, oturaq iş, ağır fiziki yük, hündür daban ayaqqabı geymək, artıq çəki varikozun yaranmasının əsas səbəbləridir.

Xəstəliyin diaqnostikası doppler müayinəsi ilə qoyulur və müayinə əsasında müalicə üsulu təyin edilir. Xəstəliyin ilk mərhələlərində konservativ müalicə yetərli olduğu halda, xəstəliyin inkişaf etmiş dövrlərində cərrahi müalicə tələb oluna bilər.

Radiofrekans Ablasiya müalicəsi

Radiofrekans Ablasiya necə həyata keçirilir?

Radiofrekans Ablasiya ambulatoriya əsasında aparılır. Ultrasəsin nəzarəti altında həkim patoloji genişlənmiş damar sahəsində kiçik bir işarə çəkir. Damar boşluğuna kateter daxil edilir. Varikoz damarın ətrafı lokal anesteziyaya məruz qalır. Ağrısız təsirə əlavə olaraq, lokal anesteziyanın köməyi ilə ətrafdakı toxumalar istilik təsirindən qorunur. Yüksək radiodalğalar damar boşluğunda hərəkət edir və yaranmış istilik enerjisinə görə damar divarlarının “yapışdırılması” baş verir. Həkim-fleboloq tədricən kateteri damardan çıxarır. Prosedur ortalama olaraq 30-60 dəqiqə davam edir (bu müddət təsirlənmiş damarın uzunluğuna görə dəyişir). Kateterin giriş nöqtəsi yapışan bandla mühafizə olunur. Prosedurdan dərhal sonra ayaqlar elastik bintlərlə sarınmalıdır və ya sıxılma trikotajdan istifadə olunmalıdır.

Radiofrekans Ablasiyasının üstünlükləri hansılardır?

  • ambulatoriya əsasında aparılır;
  • ümumi anesteziya tələb etmir;
  • sürətli bərpa müddəti;
  • pasiyent rahat hərəkət edə bilər;
  • pasiyent əməliyyatdan dərhal sonra xəstəxanadan çıxa bilər.

Beləliklə, Radiofrekans Ablasiya varikoz damarlarının digər bir müalicə metodu olan Endovasal Lazer Ablasiya üsulu ilə oxşar xüsusiyyətlərə malikdir.

Bu iki müasir üsul arasındakı fərq ondan ibarətdir ki, Radiofrekans Ablasiyada Radiofrekans generatoru yüksək radiodalğaların fəaliyyət müddətini və hərəkət müddətini müstəqil şəkildə özü müəyyənləşdirir. Endovasal Lazer Ablasiya aparatının iş rejimi isə təcrübəli həkim tərəfindən müəyyən edilir.

Həkimə sualınız var?
+994 55 808 03 03 nömrəsinə zəng edin!

Və ya e-Randevu elektron forması vasitəsilə Pulsuz konsultasiyaya yazılın!