Asif Məmmədov küç. 30
Zəfəran Hospital

Zəng edin
+994 55 808 03 03

Bazar: Yalnız təcili hallarda
B.ertəsi - Şənbə: 09:00-17:00

Mioma (Fibrioma)

Mioma

Uşaqlıq Miomalarının Embolizasiyası


Uşaqlıq Miomalarının Embolizasiyası - Uşaqlıq miomalarının cərrahi kəsiksiz ən az travmatik müalicəsidir.

Uşaqlıq mioması – saya əzələdən əmələ gələn xoşxassəli törəmədir. Miomalar heç bir halda xərçəngə çevrilmir. Miomaların ölçüləri bir neçə millimetr və 20-25 sm arasında dəyişə bilir. Uşaqlıq miomasının dəqiq əmələ gəlmə səbəbləri hələ də tam dəqiq müəyyən olunmayıb, lakin, miomanın hormonal tənzimləmə ilə əlaqəsi barədə məlumatlar mövcuddur.

Hal-hazırda uşaqlıq miomasının ideal müalicə metodikası mövcud deyil, bütün metodların öz üstünlükləri və əksiklikləri var. Buna baxmayaraq, uşaqlıq miomasının ən müasir və effektiv müalicə metodlarından olan, uşaqlıq arteriyasının embolizasiyasını (UAE) xüsusən qeyd etmək lazımdır.

UAE (uşaqlıq arteriyalarının embolizasiyası) kiçik həcmli, cərrahi kəsik tələb etməyən əməliyyatdır. Bu əməliyyat zamanı yerli keyitmə ilə, bud nahiyyəsində kiçik dəlikdən bud atreriyasına girilir və nazik xüsusi katetorların köməyi ilə miomanı qidalandıran damarlara plastik hissəciklər yeridilir, nəticədə düyünlərdə qan dövranı tamami ilə dayanır. Qan dövranı dayandıqdan sonra miomanı təşkil edən əzələ hüceyrələri ölür. Sonra sovrulma prossesi nəticəsində düyünlərin nəzərə çarpan kiçilməsi və ya tam yox olması baş verir, mioma simptomları tam keçib gedir. 98,5% hallarda UAE sonra uşaqlıq mioması ilə bağlı əlavə müalicəyə ehtiyac olmur.

UAE-nin üstünlükləri

1. Bu əməliyyat zamanı orqan çıxarılmır.
2. Cərrahi kəsik aparılmır.
3. Ümumi anesteziyaya ehtiyac olmur.
4. Əməliyyatdan sonrakı reabilitasiya müddəti ortalama 2-3 gün təşkil edir.
5. Kiçik həcmli əməliyyat olduğundan əməliyyat travması cüzidir, qanunauyğun olaraq ağırlaşmaları da azdır.
6. Hamiləlik planlaşdıran və hamilə qalmaq funksiyasını bərpa etmək istəyən qadınlar üçün UAE müalicəsi daha məqsədəuyğundur.

Həkimə sualınız var?
+994 55 808 03 03 nömrəsinə zəng edin!

Və ya e-Randevu elektron forması vasitəsilə Pulsuz konsultasiyaya yazılın!