Asif Məmmədov küç. 30
Zəfəran Hospital

Zəng edin
+994 55 808 03 03

Bazar: Yalnız təcili hallarda
B.ertəsi - Şənbə: 09:00-17:00

Bürqer xəstəliyi

Bürqer xəstəliyi

Bürqer xəstəliyi


Burger xəstəliyi əsasən 50 yaşdan aşağı və siqaret çəkən kişilərdə, qol və ayaq arterial damar tıxanıqlığı yaradan xəstəlikdir. Yeriyərkən ayaqlarda ağrıya, barmaq və ayaqlarda uzunmüddətli sağalmayan yaralara və bəzən qanqrenaya səbəb olur.

Bürqer xəstəliyi nədir?

Bürqer xəstəliyi əsasən ayaq və bəzən qoldakı arterial damarlarda tıxanıqlıq yaradan xəstəlikdir. Bu xəstəlik topuq-ayaq və qol-əl damarlarında tıxanıqlıq yaradaraq narahatlıq verir.

Bürqer xəstəliyində damar tutulması digər damar tutulmalarında fərqli olaraq böyük damarlardan çox dizaltı kiçik damarlarda tutulmalara səbəb olur.

Bürqer xəstəliyi birbaşa siqaretin səbəb olduğu tək xəstəlikdir. Siqaretin xərçəng, ağciyər xəstəliyi kimi bir çox xəstəliklərə təsirini və ağırlaşmasına səbəb olduğunu bilirik. Ancaq bu xəstəliklər hamısı siqaret çəkməyən insanlarda da rast gəlinir. Bürqer xəstəliyi isə yalnız siqaret çəkən xəstələrdə olur. Xəstələr əsasən 30-50 yaş arası siqaret çəkən kişilərdə rast gəlinir.

Qısa məlumat:

  • Bürqer xəstəliyi (xalq arasında Bürqer kimi bilinir) arterial damarda tıxanıqlıq yaradan xəstəlikdir.
  • Ən çox ayaq damarlarında, bəzən qol və ürək damarlarında tıxanıqlıq yaradır. Demək olar ki ən çox kişilərdə rast gəlinir.
  • Yalnız siqaret çəkən insanlarda olur. Siqaret çəkməyən insanlarda heç vaxt bu xəstəliyə rast gəlinmir.
  • Damar sərtliyinə bağlı damar tutulması əsasən 50 yaşdan yuxarı xəstələrdə rast gəlinirsə, burger xəstələrində damar tutulması daha çox 30-40 yaş arası xəstələrdə görülür.
  • Əsasən diz altındakı kiçik damarlarda tıxanıqlıq yaradır. Xəstənin ayaq barmaqlarında sağalmayan yaralar yaradır, ayaqlarda ağrı və soyuqluq hiss olunur.
  • Müalicə olunmasa barmaqların kəsilməsinə, hətta ayağın amputasiyası ilə nəticələnə bilir.
  • Bürqer xəstəliyinin müalicəsi üçün mütləq siqaretin atılması və mümkünsə damarları müalicə etmək lazımdır.
  • Dərman müalicələri, sinir yandırma, ya da kök hüceyrə qoyulması xəstənin şikayətlərini azalda bilər, ancaq damarları aça bilməz.
  • Əməliyyat ilə damarların açılması da yaxşı üsuldur ancaq çox kiçik damarların açılması çox xəstədə mümkün deyildir.
  • Tutulmuş damarların açılmağı çox çətin olduğu üçün mümkün olmadığını deyirlər.
  • Hazırda Burger xəstələrindəki damar tutulmalarının əksəriyyətini angio üsulu ilə açmaq mümkündür.
  • Burger xəstəliyinin effektli müalicəsi siqaretin atılması və bu damarların açılmasıdır.

Xəstəlik kimlərdə görülür?

Bürqer xəstəliyi ancaq siqaret çəkən insanlarda olur. Siqaret çəkməyən insanlarda rast gəlinmir.

Xəstəlikdən əziyyət çəkənlərin əksəriyyəti (99%-i) kişilərdir. Qadınlarda çox nadir hallarda rast gəlinir.

Əsasən digər damar xəstəliklərindən fərqli olaraq daha gənc kişilərdə (30-45 arası) görülür. Damar sərtliyinə bağlı damar tutulması isə 50 yaşdan yuxarı xəstələrdə rast gəlinir.

Bürqer xəstəliyi

Hansı əlamətlər damar tıxanıqlığının göstəricilədir?

Bürqer xəstəliyi əsasən ayaq damarlarında, təsadüf hallarda isə əl damarlarında tıxanıqlıq yaradır.

Damar tutulduğu zaman barmaqlara gedən qan axını azalır. Ayaqlarda soyuqluq və bud-topuq nahiyəsində ağrı hiss olunur. Xəstəlik irəlilədikcə hərəkət halı olmasa belə ayaqlarda ağrılar yaranmağa başlayır. Bu ağrılar xəstənin yatmağına belə maneçilik yarada bilir. Uzunmüddətli sağalmayan yaralar sonda barmaq və ya ayaq qanqrenasının yaranmasına səbəb olur. Qanqrenalar barmaqların və bəzən də ayaqların amputasiyasına gətirib çıxarır. Xəstələrin təxminən ¼-də ayaq amputasiyasına ehtiyac qalır.

Bürqer xəstəliyi zamanı xəstələrdə hansı şikayətlər yaranır?

  • Hərəkət zamanı daban nahiyəsində və ayaq əzələlərində ağrılar olur. Bu ağrı digər damar tutulmaları zamanı müşahidə edilən ağrı ilə eynidir. Hərəkət zamanı başlayan ağrılar ayaqlar dincəldiyi zaman keçir. Bu xəstələr üçün yerimək və hündürlüyə çıxmaq çox çətin olur.
  • Ayaq və barmaqlarda soyuqluq olur. Ancaq Bürqer xəstələri bu soyuqluğa görə ayaqlarını isitmək üçün müxtəlif vasitələrdən istifadə edə bilərlər.
  • Ayaq barmaqlarında keyimə və şiddətli ağrılar olur.
  • Xəstəliyin irəliləyən mərhələlərində barmaqlarda və topuqlarda yaralar əmələ gəlir.
  • Barmaqlarda qanqrena yaranır və barmaqların hətta bəzən ayağın kəsilməsi ilə nəticələnir.

Siqaret atılan zaman Bürqer xəstəliyinin inkişafı dayanır. Bundan sonra xəstəlikdə ağırlaşma müşahidə olunmur.

Bu səbəblə Bürqer xəstəliyi diaqnozu qoyulan xəstə siqareti atmalı və siqaret dumanın olduğu yerlərdə belə uzaq durmalıdır.

Hansı xəstələrə Bürqer diaqnozu qoyulur?

50 yaşından aşağı gənc, siqaret çəkən bir xəstənin hərəkət etdiyi zaman ayaqlarında ağrı, soyuqluq və barmaqlarında ağrı və ya yara varsa ilk növbədə düşünülməsi lazım olan xəstəlik Bürqer xəstəliyidir.

Əl barmaqlarında nisbətən daha zəif şikayətlər olur. Barmaqlar soyuq olur, bəzən yara və yaranın səbəb olduğu qanqrena müşahidə edilir.

Bəzi xəstələr Bürqer xəstəliyi olmasına baxmayaraq səhv diaqnozla müalicə edilir. Bəzilərinə ayaqda göbələk, bəzilərinə bel qrıjası diaqnozu qoyulur. Bunlar əsas müalicəni gecikdirir.

Bürqer xəstəliyinin dəqiq diaqnozunu angioqrafiya ilə qoymaq mümkündür.

Angioqrafiya etmədən də Bürqer diaqnozu qoymaq mümkündür amma angio hər zaman daha dəqiq nəticə verir.

Bürqer xəstəliyi 50 yaşdan aşağı xəstələrdə müşahidə olunur. Ancaq digər damar tutulmaları (əsasən damar sərtliyinə bağlı yaranan damar tutulması) əsasən 50 və 60 yaşlarında rast gəlinir.

Damar sərtliyinə bağlı damar tutulmaları siqaret çəkməkdən başqa, şəkər, təzyiq yüksəkliyi kimi riskli xəstəliklərdən yaranır, Bürqer xəstəliyi isə yalnız siqaret çəkməkdən qaynaqlanan bir xəstəlikdir.

Bürqer xəstəliyinin göstəriciləri birdən deyil, yavaş-yavaş özünü hiss etdirir.

Həkim konsultasiyasından sonra edilən rəngli Doppler müayinəsi ilə xəstəyə Bürqer diaqnozu qoyula bilər. Ehtiyac olarsa, KT-a angiosu, MRT angioqrafiyası və ya normal angio ilə diaqnoz qoyula bilər.

Bürqer xəstəliyi

Bürqer xəstəliyinin müalicəsi:

Bürqer xəstəliyinə səbəb arterial damarların tutulmasıdır. Xəstənin bütün şikayətləri buna bağlı yaranır. Buna görə də, müalicəyə ehtiyac olan xəstələrdə əsas növbədə damarların əməliyyat və ya angio üsulu ilə açılması lazımdır. Ancaq hər xəstənin mütləq əməliyyata və ya angio üsulu damarların açılmasına ehtiyac olmur.

Əməliyyat və ya angiodan öncə edilməsi vacibdir:

Damarların açılmasından qabaq mütləq siqareti atmaq lazımdır. Siqaret atılan zaman bu zamana qədər tutulmuş damarlar açılmır. Siqaretin tərgidilməsi xəstəliyin irəliləməməsi üçün vacibdir. Bundan sonra yeni damarlarda tutulmalar olmur. Yəni ayağın vəziyyəti daha da pisləşmir. Xəstə əgər siqareti atmazsa damarlar açılsa belə yenidən tez bir zamanda tutulma ehtimalı vardır.

Əgər mümkünsə gəzinti məsləhət görülür. Lakin irəliləyən mərhələlərdə xəstə 100 m belə irəliləməkdə çətinlik çəkəçəkdir.

Heç bir dərman müalicəsi damar tutulmasını açmaz. Ancaq kiçik damarları genişləndirib ağrını azalda bilər.

Bəzən qarın nahiyəsindən sinirin yandırılması üsulu tətbiq edilə bilər. Bu üsul ilə açıq olan damarların genişlənməsinə və ayağa gedən qan miqdarının artmasına səbəb olur. Bunu anestezioloqlar edir.

Köklü hüceyrə köçürülməsi. Bu xəstəliklə problemin həll olunmasına bağlı heç bir elmi məlumat yoxdur.

Tutulmuş damarı ya angioqrafiya ilə yada əməliyyatla açmaq mümkündür.

Bürqer xəstəliyində ayaqdakı damar tutulması angioqrafiya üsulu ilə açmaq mümkündür. Lakin bu üsul çox az bilinən üsullardan biridir.

Bu xətəlikdə angioqrafiya Digər damar tutulması əməliyyatlarından fərqli olaraq daha çətindir və müalicəni çox az sayda mərkəzlər həyata keçirir.

Bürqer xəstəliyinin səbəb olduğu damar tutulması necə açılır?

Bürqer xəstəliyində dizaltı kiçik damarların açılması digər damar tutulmalarına nisbətən daha çətindir.

Bürqer xəstələrində damarların açılması angioqrafiya üsulu ilə mümkündür. Damarların açılmasında əsasən balon üsulundan istifadə olunur. Stent digər damar tutulmalarında daha yüksək nəticə versə də Bürqer xəstələrində daha az istifadə olunur.

Bürqer xəstəliyində angioqrafiya ilə damar açmaq digər damar tıxanıqlığı olan xəstələrin müalicəsinə oxşasa da əsaslı fərqləndirən nüanslar var.

  • Damar sətliyində əsasən böyük damarlar daralır və ya tutulur. Bu damarların həm əməliyyat olunma şansı böyükdür həm də angioqrafiya üsulu ilə açılması mümkündür. Bürqer xəstəliyində isə ən çox dizaltı kiçik damarlarda tutulmalar olur.
  • Damarda daralma yox birbaşa tutulmalar olur. Angio ilə damarların daralmasını açmaq tutulmaları açmaqdan daha asandır.
  • Bürqer xəstəliyi əsasən dizaltı nahiyədəki kiçik damarların tutulmasına səbəb olur. Bu kiçik damarların açılması çox çətindir və angio üsulu ilə müalicə edən mərkəzlərin əksəriyyəti bunu müalicə edə bilmir.
  • Angioqrafiya üsulu ilə damar açmaqda ən əlverişli üsul balondan istifadədir. Bürqer xəstəliyində stentdən istifadəyə daha az rast gəlinir.

Angioqrafiya müalicəsindən 6 saat sonra xəstələr evə gedə bilər.

Angioqrafiya ilə digər damar tıxanıqlarına görə daha çətin olmaqla yanaşı bu üsul Bürqer xəstələri üçün tək və əsas müalicə üsuludur. Çünki siqaretin atılması, dərman yolu ilə müalicə və ya sinirin yandırılması tutulmuş damarları açmır. Tutulmuş damarları aça bilən tək üsul əməliyyat və angioqrafiya üsuludur.

Həkimə sualınız var?
+994 55 808 03 03 nömrəsinə zəng edin!

Və ya e-Randevu elektron forması vasitəsilə Pulsuz konsultasiyaya yazılın!