Asif Məmmədov küç. 30
Zəfəran Hospital

Zəng edin
+994 55 808 03 03

Bazar: Yalnız təcili hallarda
B.ertəsi - Şənbə: 09:00-17:00

Varikosel

Varikosel

Varikosel


Varikosel nədir?

Varikosel, xaya və toxum ciyəsi qanı boşaldan damarlarının müxtəlif səbəblərdən genişləyərək varisləşməsidir. Yəni əslində yumurtalıq damarlarının varisilidir. Bu varisilləşmə xayadakı qanı ürəyə aparan damarların qapaq çatışmazlığına bağlı olur.

Varikoseli olan insanların 90%-i sol tərəfdə, 10%-i isə hər iki tərəfdə olur. Yəni varikosel sol tərəfdə həmişə vardır. Varikosel çox nadir hallarda (1000 nəfərdən sadəcə 4-də) sağ tərəfdə rast gəlinir.

Xeyri nədir?

Varikosel heç bir narahatlıq yaratmırsa bu zaman müalicəyə ehtiyac yoxdur.

Varikosel kişi sonsuzluğunun yaranmasına, sperm sayısına və keyfiyyətinə mənfi təsir edə bilir.Varikoselin bu zaman müalicə olunmağı bu problerin arandan qalxmasına kömək edəcəkdir.

Diaqnoz necə qoyulur?

Uroloq həkimin müayinəsindən sonra varikosel diaqnozu qoyulur. Bəzən əlavə olaraq Doppler ultrasonaqrafiya müayinsindən keçmək lazım gəlir.

Necə müalicə olunur?

Hər varikosel müalicə edilmir.

Varikoselin müalicə olunması üçün aşağıda göstərilən şərtlərə uyğun olmalıdır.

1. Varikosellə birlikdə sonsuzluğun olması və sperm sayısı, keyfiyəttinin aşağı düşməsi

2. Varikoselin ağrı verməsi

3. Varikoselin yumurtalıqda kiçilməyə səbəb olması

Varikosel üçün edilmiş cərrahi əməliyyat sonrası nüks inkişafı əlavə müalicə tələb edir.

Müalicəyə ehtiyac olan zaman ya cərrahiyyə yolu ilə əməliyyat ya da embolizasiya olunur.

Əməliyyatı çətin olmadığı üçün hal hazırda istifadə olunan yollardan biridir. Embolizasiya damar yolu ilə açıq əməliyyat olmadan damarın bağlanmasıdır və varikosel embolizasiya adlandırılır. Normal bir angiodan daha asan bir prosesdir.

Əməliyyat və embolizasiya hər ikisi eyni müsbət nəticəni verir. Sadəcə olaraq embolizasiya olunan zaman varikoselin yeniden təkrarlanması hallarına rast gəlinmir. Əməliyyat sonrası təkrarlayan varikoseli mütləq embolizasiya etmək lazım gəlir.

Varikosel embolizasiyası1979-cu ildən tətbiq olunan bir metoddur. Son zamanlar asan olduğuna görə daha çox istifadə olunur. Embolizasiya yolu ilə varikosel müalicə olunurkən genişlənmiş damarlar daha aydın görüntülənir və sonra bağlanılır. Əməliyyatla müqayisədə embolizasiyanı üstün edən cəhədlərdən biri məhz damarların aydın görüntülənməsidir.

Embolizasiya yerli keyitmə üsulu ilə aparıldığından xəstənin tam yatızdırılmasına ehtiyac olmur və müdaxilədən bir neçə saat sonra evə buraxılması, infeksiya düşmə ehtimalının və xaya zədələnməsi olmaması bu metodu daha üstün edən səbəblərdir.

Varikosel embolizasiyası necə edilir?

Ürək və arterial damarların angiosundan fərqli olaraq vertebral damarların angiosu daha asandır və arxası üstdə 6 saat yox 1-2 saat yatmaq kifayət edir. Müdaxilə zamanı xəstənin qasıq nahiyəsi keyləşdirilir və bu nahiyədən ultrasonaqrafiya köməyi ilə damara instroduser yerləşdirilir. Daha sonra kateter adı verilən incə plastik boruyla varikoselin olduğu xaya vertebral damarlarına girilir. Xüsusi yol ilə görüntülər alınır və hansı damarlarda problem olduğu aydınlaşdırılır.

Bundan sonra növbə reflyu əmələ gətirən damarların bağlanmasına gəlir. Bunun üçün əvvəlcə kateter içindən xaya damarlarına iki fərqli nöqtədən tıxayıcı maddə yerləşdirilərək mexaniki tıxanıqlıq yaradılır. Daha sonra bu tıxacların arasındakı venalara dərmanla köpük müalicəsi tətbiq olunur (əməliyyatda istifadə olunan dərmanla eyni dərmandır). Məqsəd reflyu yaradan damarların digər damarlarla əlaqəsini kəsərək varikoselin təkrarlamasının qarşısını almaqdır.

Varikoseli müalicəsi haqqında ümumi

  • Varikosel xaya və toxum ciyəsi venalarının genişlənməsi yəni varisilləşməsidir.
  • Ən çox sol tərəfdə görülür, nadir hallarda hər iki xayada rast gəlinir.
  • Ağrı yaranarsa və ya sperma sayının azalması ilə sonsuzluğa yol açarsa müalicə olunmalıdır.
  • Varisilləşən bu damarları müalicə edən dərman müalicəsi yoxdur.
  • Müalicə yollarından biri əməliyyatdır. Mikrocərrahiyyə əməliyyat yolu ilə bu damarlar bağlanılır. Əməliyyat uroloqlar tərəfindən edilir.
  • Əməliyyatsız olan varikosel embolizasiya müalicəsini İnvaziv Radioloqlar edir.
  • Varikosel embolizasiyası qasıqdan və ya qoldan girilərək genişlənmiş bu damarlar damar içindən bağlanılır.
  • Bu müalicə əməliyyat deyildir. Bıçaq izi olmur. 45 dəqiqəlik prosedurdan sonra xəstə həmin gün evə göndərilir.
  • Bu müalicə üsulu əməliyyat ilə eyni nəticəni verir.
  • Varikosel əməliyyatı da asan əməliyyatdır. Əməliyyat olmaq istəmiyən və ya əməliyyatdan sonra varikoseli təkrarlıyan xəstələr üçün embolizasiya ideal üsuldur.

Həkimə sualınız var?
+994 55 808 03 03 nömrəsinə zəng edin!

Və ya e-Randevu elektron forması vasitəsilə Pulsuz konsultasiyaya yazılın!