Qida borusu və mədə-bağırsaq sisteminin daralmalarında stent taxılması
Qida borusunun bədxassəli törəmələri zamanı stent taxılması pasientin normal qidalanmasını təmin edir. Qida borusu stenti (metal və plastikdən elastik boru) bəd xassəli törəmələr zamanı qida borusuna taxılır. Stent taxıldığı andan törəmədən daralmış hissəni genişləndirir və onun sonrakı daralmasının qarşısını alır. Bu əməliyyat endoskop nəzarəti altında keçirilir. Qida borusuna taxılmış stent uzun müddət pasientin rahat qidalanmasını təmin edir.
Mədə-bağırsaq sisteminin daralmalarında da cərrahi əməliyyat mümkün olmayan pasientlər üçün invaziv radioloji metodla müalicə əvəzolunmazdır. Bu zaman invaziv radioloji əməliyyat aparılıb, stent taxılır və nəticədə daralma aradan götürülür və xəstələr çox qısa zamanda normal həyat fəaliyyətinə dönürlər.
Öd yollarına perkutan biliar drenaj və stent taxılması
Öd yollarının bəsxassəli törəmələri zamanı müalicə metodları xəstəliyin hansı mərhələdə olmasından asılıdır. Cərrahi əməliyyatlar, invaziv radioloji metodlar, bəzən isə xəstəliyin ən son mərhələsində sadəcə pasientin vəziyyətini stabil saxlamaq üçün medikamentoz müalicə tətbiq olunur.
Öd yollarında bədxassəli törəmələri zamanı bəzi hallarda pasient üçün cərrahi əməliyyatlar riskli sayılır. Bu hallarda ən aztravmatik və ən azriskli metod invaziv radioloji müalicə üsulları sayılır. İnvaziv radioloji metod olaraq öd yollarına perkutan drenaj və stend taxılır.
Və ya e-Randevu elektron forması vasitəsilə Pulsuz konsultasiyaya yazılın!