Asif Məmmədov küç. 30
Zəfəran Hospital

Zəng edin
+994 55 808 03 03

Bazar: Yalnız təcili hallarda
B.ertəsi - Şənbə: 09:00-17:00

Biliar stent və ya kateter yerləşdirilməsi

İşemik insult

Biliar stent və ya kateter yerləşdirilməsi


Öd yollarının bədxassəli törəmələri zamanı bəzi hallarda pasiyent üçün cərrahi əməliyyatlar riskli sayılır. Bu hallarda daha az travmatik və ən az riskli metod invaziv radioloji müalicə üsulları sayılır. Bəzən invaziv radioloji metod olaraq öd yollarına perkutan drenaj və stent taxılır.

Biliar drenaj və ya öd yolları drenajı öd yollarının tıxandığı vəziyyətlərdə edilən müalicə üsuludur. Prosedur zamanı nazik iynə ilə öd yollarına daxil olunur. Daha sonra öd yollarının tıxanıqlığı üzərinə plastik kateter və ya birbaşa metal stent qoyula bilər. Plastik kateteri həmişə çıxarmaq olar. Stentlər isə qalıcıdır.

Perkutan biliar (öd yolları) drenaj:

  • Cərrahi əməliyyatsız yaxud endoskopiyadan istifadə etmədən edilir
  • Əməliyyatsız öd yolları drenajı qarının ortası yaxud sağ tərəfindən ultrasəs və ya floroskopiya görüntülərindən istifadə edərək icra edilir
  • Prosedur az travmatikdir və əməliyyat sonrasında heç bir çapıq izi qalmır
  • Perkutan öd yolları drenajından sonra xəstə xəstəxanada yatmadan evə yazılır

Həkimə sualınız var?
+994 55 808 03 03 nömrəsinə zəng edin!

Və ya e-Randevu elektron forması vasitəsilə Pulsuz konsultasiyaya yazılın!